İxtisas seçimini neçə abituriyent təsdiqləyib? - AÇIQLANDI

  • Müəllif: Orxan
  • 20 Avqust 2026 12:13

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başa çatıb.

Gununsesi.info xəbər verir ki, 61516 plan yerinə qarşı 87 139 abituriyent seçim edib.

Təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bu rəqəmlər 25 623 nəfərin ali məktəblərə  qəbuldan kənarda qalacağını göstərir:

“Təəssüf ki, artıq indidən xaricdə “atestatla qəbul” vədi verən müxtəlif şirkətlər də aktivləşməyə başlayıb.

Xaricdə təhsil almaq, əlbəttə, yaxşı seçim ola bilər. Amma burada əsas məsələ abituriyenti  sadəcə xarici universitetə yerləşdirmək deyil. Universitetin ad-sanı, diplomun gələcəkdə tanınması, təhsilin keyfiyyəti və tələbənin sonrakı karyera imkanları əvvəlcədən araşdırılmalıdır.

Əks halda, bu gün “universitetə qəbul olundum” sevinci yaşayan gənc sabah diplomunun tanınması, təhsilin davamı və ya işə qəbul zamanı ciddi problemlərlə üzləşə bilər.

Valideynlərə çağırışımız: tələsik qərar verməyin! “100% qəbul”, “imtahansız qəbul”, “atestatla universitetə yerləşdirmə” kimi vədlərə kor-koranə inanmayın”.

Dövlət İmtahan Mərkəzi bəyan edib ki, ixtisas seçiminin nəticələro növbəti həftə ərzində elan olunacaq.

Gununsesi.info