Gürcüstan paytaxtı Tbilisidə Parlamentin qarşısında təşkil olunan aksiya başa çatıb.
Gununsesi.info–nun xəbərinə görə, 100 mindən artıq vətəndaşın qatıldığı mitinqin iştirakçıları hakimiyyət qarşısında iyul ayının 3-nə qədər Mixail Saakaşvilini və Nika Gvaramia həbsdən azad edilməsini və Avropa İttifaqının bütün tələbləri yerinə yetirilməlini tələb edirlər.
Mitinqdə çıxış edən 2 azərbaycanlı gəncin çıxışı mitinq iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Aksiyada çıxış edən siyasi fəal Samirə Bayramova bu ölkədə yaşayan azərbaycanlıların Avropaya inteqrasiya yolunu seçdiyini deyib.
Aksiyaya Ukrayna Prezidenti Volodmir Zelenski də qatılıb.
O, öz videomüraciətində mitinq iştirakçılarına dəstəyini bildirib.
Afət
Gununsesi.info