İyulun 3-dək Saakaşvili azad olunmalı, Aİ-nin tələbləri yerinə yetirilməlidir - Yüz minlərlə insan Tblisin mərkəzinə axışdı

  • By admin
  • 25 İyun 2022 00:06

Gürcüstan paytaxtı  Tbilisidə Parlamentin qarşısında təşkil olunan aksiya başa çatıb.

Gununsesi.infonun xəbərinə görə, 100 mindən artıq vətəndaşın qatıldığı mitinqin  iştirakçıları hakimiyyət qarşısında iyul ayının 3-nə qədər Mixail Saakaşvilini  və Nika Gvaramia həbsdən azad edilməsini və Avropa İttifaqının bütün tələbləri yerinə yetirilməlini tələb edirlər.

Mitinqdə çıxış edən 2 azərbaycanlı gəncin çıxışı mitinq iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Aksiyada çıxış edən siyasi fəal Samirə Bayramova bu ölkədə yaşayan azərbaycanlıların Avropaya inteqrasiya yolunu seçdiyini deyib.

Aksiyaya Ukrayna Prezidenti Volodmir Zelenski də qatılıb.

O, öz videomüraciətində mitinq iştirakçılarına dəstəyini bildirib.

Afət

Gununsesi.info