İyulun 7-də Vyanada ATƏT-in İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Konfransı keçiriləcək

  • By admin
  • 28 İyun 2023 19:33

VYANA, 28 iyun 2023-cü il – 7 iyul 2023-cü il tarixində ATƏT-in Baş katibi Helqa Mariya Şmid Vyanada ATƏT-in İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Konfransına ev sahibliyi edəcək.

Konfransda ATƏT-ə üzv dövlətlərin və Əməkdaşlıq üzrə Tərəfdaşların nazirləri, İqlim Elçiləri və digər yüksək səviyyəli siyasi aktorları, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri, iqlim təhlükəsizliyi üzrə ekspertlər və praktiklər bir araya gələcək.

İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Konfrans iqlimlə bağlı təhlükəsizlik təhdidləri ilə mübarizə üzrə gələcək fəaliyyət perspektivlərini araşdırmaq imkanı verəcək. Bu kontekstdə baş katib Şmid ATƏT-in iqlim dəyişikliyi ilə bağlı fəaliyyəti üçün növbəti addımları müəyyən edəcək.

Tərcümə:
Mais