İyun ayı üzrə bütün müavinətlər ödənildi

  • By admin
  • 23 İyun 2020 19:55

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ay üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi artıq yekunlaşıb. Həmin sosial təminat növləri üzrə vəsaitlər müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Nazirlikdən Gununsesi.org-a verilən məlumata görə, bundan əvvəl, iyunun 15-dək isə iyun ayının bütün pensiyalarının ödənişi təmin olunub.

Gələn həftə isə bu ay üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi nəzərdə tutulub.

 

 

Gununsesi.org