İyunun 10-dan 30-na kimi uçuşların qrafiki hazırlanır – Nazirlər Kabineti

  • By admin
  • 10 İyun 2020 11:48
“İyunun 10-dan 30-na kimi uçuşların qrafiki hazırlanır”.
Gununsesi.org xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Macarıstandakı tələbələrin Azərbaycana gətirilməsindən danışarkən deyib.
Onun sözlərinə görə, artıq bununla bağlı proses yekunlaşmaq üzrədir:
“Proses yekun mərhələdədir. Qrafiklər Müstəqil Dövlətlər Birliyi, Arvopa və Yaxın Şərqdən vətəndaşların Azərbaycana gətirilməsini nəzərdə tutulur. Və qrafik hazır olandan sonra artıq bu vəziyyətə və həm də karantin zonalarındakı vəziyyətə uyğun olaraq vətəndaşlarımız Azərbaycana gətiriləcək”.

Gununsesi.org