İZİA-nın 30 sahibkarlıq subyektinə rezident statusu verilib

  • By admin
  • 22 Yanvar 2023 12:21

“İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) yaradılmasından 2 il keçir. Bu dövrdə Agentliyin idarəçiliyində olan sənaye zonalarında 30 sahibkarlıq subyektinə rezident statusu verilib”.

Gununsesi.info xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter səhifəsində yazıb.

“Bu rezidentlər tərəfindən təxminən 5,2 mlrd. avrolıq məhsul istehsal edilib və bunun 1,9 mlrd. avro dəyərində olan hissəsi ixrac edilib”, – deyə nazir əlavə edib.

Gununsesi.info