İzmir 5 bal gücündə daha bir zəlzələ ilə sarsıldı

  • By admin
  • 31 Oktyabr 2020 10:13

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda baş verən 6,6 bal gücündə zəlzələdən sonra  yeraltı təkanlar davam edir.

Gununsesi.info bildirir ki, “Haber Global”ın məlumatına görə, son olaraq yerli vaxtla 08:31-də 5 bal gücündə daha bir zəlzələ baş verib.

Təkanlar ətraf rayonlarda da hiss olunub.

Ümumilikdə, dünəndən bəri İzmirdə 400-dən artıq təkan qeydə alınıb, onlardan 31-nin gücü 4 baldan artıq olub.

Gununsesi.info