
İzmir Ədliyəsinin Bayraqlı tərəfindəki C girişinin qarşısında bombalı avtomobil partlayıb.
Bu haqda Gununsesi.info-ya İzmirdə yaşayan azərbaycanlı jurnalist Nigar Börək məlumat verib. Onun sözlərinə görə, təqribən 10 dəqiqə əvvəl partlayış nəticəsində ətrafda çoxlu sayda avtomobil sıradan çıxıb. Hazırda İzmir Ədliyyəsinin ətrafı təhlükəsizlik çevrəsinə alınıb: “Təxminən beş-on dəqiqə əvvəl Ədliyyənin C qapısında partlayış baş verdi. C qapısı işçilərin və vətəndaşların girdiyi qapıdır. Ölən və yaralananlar var”-deyə o bildirib.
Gülnaz Qənbərli
Gununsesi.info