Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayışın hakim və prokurorluğun girişindəki polis məntəqəsinə qarşı təşkil olunduğu güman edilir. Terror aktı bomba yüklü maşınla həyata keçirilib. Məlumata görə, partladılan maşın hələ də yanır. Partlayışdan bir neçə dəqiqə sonra atəş səsləri eşidilib.

Hadisə şahidlərinin sözlərinə görə, terrorçulardan biri məhv edilib. Çox sayda yaralıların olduğu deyilir. Partlayış baş verən əraziyə xeyli təcili yardım və yanğınsöndürən maşınlar cəlb olunub.

izmir6 izmir5 izmir4 izmir2 izmir1