“Jaguar” elektriklə işləyəcək

  • Müəllif: admin
  • 08 Sentyabr 2017 09:05

Без названия

“Jaguar Land Rover” şirkəti elan edib ki, 2020-ci ildən etibarən istehsal ediləcək hər bir yeni avtomobil ya tam elektrik, ya da hibrid mühərriklərlə təchiz olunacaq.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki,  yeni modellər sırasında ilk avtomobil tam elektrik mühərrikli “Jaguar I-Pace”dir və 2018-ci ildə satışa çıxarılmalıdır.

Şirkətin icraçı direktoru Ralf Spez bildirib ki, qərar “müştərilərə daha da geniş seçim” verməyi nəzərdə tutur.

Qeyd edək ki, Böyük Britaniyanın ən iri avtomobil istehsalçısı olan “Jaguar Land Rover”ə Hindistanın Tata qrupu nəzarət edir.

Gülnaz Qənbərli

Gununsesi.info