“Jaguar Land Rover” 6 mindən çox avtomobili geri çağırır

  • By admin
  • 01 Fevral 2017 12:28

14858502431956720404_1000x669

İngilis avtomobil firması “Jaguar Land Rover” Çindən 6 min 438 avtomobili təhlükəsizlik yastıqlarında olan nasazlıqla bağlı geri çağırıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının məlumatına görə, fevralın 24-dən başlayacaq proses çərçivəsində 2016-ci ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövrdə istehsal olunan “Range Rover”, “Jaguar XE” və “Jaguar F-TYPE” modelləri geri çağırılacaq.

Xatırladaq ki, bir müddət əvvəl “Volkswagen” Çindəki 49 min avtomobilini, sürət nəzarət sistemi və əyləc avadanlığında qüsur olması səbəbiylə geri çağırıb.

Anar

Gununsesi.info