Jak Şirak dəfn edildi - FOTO

Fransanın sabiq prezidenti Jak Şirakı son mənzilə yola salmaq üçün Parisə bir sıra dünya ölkələrinin lideri toplaşıb.

Dövlət başçıları və siyasətçilər arasında Rusiya prezidenti Vladimir Putin, ABŞ-ın sabiq prezidenti Bill Klinton, İordaniya kralı II Abdulla, Almaniyanın sabiq kansleri Gerhard Şroyder olub.

Şirak 1974-1976 və 1977- 1986-cı illərdə Fransanın baş naziri, 1988-1995-ci illərdə Paris şəhərinin meri, 1995-2007-ci illərdə isə Fransa prezidenti olub.

2 il müddətə prezident olmuş Jak Şirak 86 yaşında dünyasını dəyişib. O,Fransanın Holokostda rolunu etiraf edən ilk lideri olmuş və 2003-cü ildə ABŞ-ın İraqa işğalına qarşı çıxmışdı.

Gununsesi.org