Fransanın sabiq prezidenti Jak Şirak ağciyər infeksiyası ilə əlaqədar xəstəxanaya yerləşdirilib.
APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, 83 yaşlı sabiq prezident Parisdəki Pite-Salpetrier xəstəxanasına yerləşdirilib.
Şirakın bir neçə gün xəstəxanada qalacağı bildirilir. Sabiq prezident ailəsi ilə Mərakeşdən Parisə qayıtdıqdan sonra xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, J. Şirak 1995-2007-ci illərdə, yəni 12 il Fransanın 22-ci prezidenti olub. O, 14 il hakimiyyətdə olmuş F. Mitterandan sonra ən çox prezident vəzifəsini icra etmiş siyasətçidir.
Gununsesi.info