Jak Şirakın tabutu ilə selfi çəkdilər, tənqid olundular - FOTOLAR

  • By admin
  • 30 Sentyabr 2019 23:00

Fransanın keçmiş prezidenti Jak Şirakla vida mərasimində ziyarətçilərin davranışları sosial şəbəkələrdə sərt reaksiyaya səbəb olub.

Gununsesi.org xəbər verir ki, vida mərasimində bəziləri Şirakın tabutuna yaxınlaşaraq onunla selfi edib. Sosial şəbəkə istifadəçiləri buna icazə verdikləri üçün mühafizəçiləri və bu atdıqlarına görə selfi çəkənləri tənqid atəşinə tutub. Onlar keçmiş prezidentin tabutu ilə belə bir hadisənin baş verməsini “dəhşət” adlandırıblar.

Xatırladaq ki, Jak Şirak sentyabrın 26-da 86 yaşında dünyasını dəyişib. O, 1995-2007-ci illərdə Fransanı idarə edib.




 

 

Gununsesi.org