“James Webb” teleskopu kosmosa göndərildi -Video

  • By admin
  • 25 Dekabr 2021 20:44

“Ariane 5” daşıyıcı raketi ən son “James Webb” Kosmik Teleskopu ilə Fransız Qvianasındakı Kuru Kosmodromundan buraxılıb.

Gununsesi.info xəbər verir ki, proses NASA tərəfindən canlı yayımlanıb. Buraxılış təxminən saat 16:21-də baş tutub.

HTML tutorial

Raketdən ayrıldıqdan sonra kosmik aparat 29 gün davam edəcək mərhələli yerləşdirməyə başlayacaq. NASA-nın fikrincə, ən çətin və riskli mərhələ rəsədxananı Günəş, Yer və Aydan gələn radiasiyadan qorumalı olan əsas güzgünün və istilik qoruyucunun açılması olacaq.

Ən güclü infraqırmızı kosmik teleskopu 20 ildən artıqdır ki, 17 ölkə ilə birgə layihələndirilib və hazırlanıb. Kosmik rəsədxananın dəyəri on milyard dolları ötüb.

NASA-nın vurğuladığı kimi, bu, agentlik tərəfindən indiyə qədər həyata keçirilən ən çətin missiyalardan biridir.
Yaradıcıların verdiyi məlumata görə, “Hubble”dan yüz dəfə güclü olan yeni teleskop Günəş-Yer sisteminin L2 Laqranj nöqtəsində halo-orbitində mövqe tutmalıdır.

Gözlənilir ki, “James Webb”in ilk elmi məlumatları buraxılışdan altı ay sonra tədqiqatçılara təqdim olunacaq, daha bir ildən sonra isə onlar ictimaiyyətə açıq olacaq.

Gununsesi.info