
Keçən əsrin sonlarında dünyada döyüş filmləri ilə məşhurlaşan aktyor Jan-Klod Van Damın kiçik oğlu 21 yaşlı Nikolas Van Varenberq həbs olunub.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, N.V. Varenberq Arzionadakı evində dostunu bıçaqla hədələyərək onu girov götürüb.
Belə ki, hadisə yerinə polislər və təcili tibbi yardım xidməti cəlb olunub. Polislər dostunu girov götürən N.V. Varenberqlə danışıqlar aparıblar.
Qeyd edək ki, 20 dəqiqədən sonra J.K.Van Damın oğlu girovu azad edib. N.V. Varenberq isə polislər tərəfindən həbs edilib. Bundan sonra polislər N.V. Varenberq Arzionadakı evində axtarış aparıblar. Nəticədə narkotik vasitə aşkar edilib.
Anar
Gununsesi.info