Jandarma komandirləri Özkan və Keleş həbs olunub

  • By admin
  • 23 Avqust 2016 13:30

keles 

Diyarbakır Əyalətinin Jandarma Komandiri Polkovnik Həsən Ceyhun Keleş avqustun 23-də bu saatlarda  həbs olunb.

Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, Diyarbakır Baş Prokurorluğunda FETÖ-nün dövlət çevrilişinə cəhdiylə bağlı  başladılan istintaq daxilində nəzarətə alınan Özkan və Keleş polisin əməliyyatlarının ardından məhkəməyə çıxarılıb.Prokurorluğun dindirilməsindən sonra bu gün növbətçi Sülh Ceza Məhkəməsinə sövq edilən Özkan və Keleşin həbs olunmasına qərar verilib.

 İyulun 30-da Rəsmi Qəzetdə Türk Silahlı Qüvvətləri (TSK) içərisində iştirak edən FETÖ təşkilatlanmasının aradan qaldırılmasına istiqamətli yayımlanan 669 saylı Qanun Hökmündən verilən  Fərmana (KHK) əsasən  Özkan və Keleş TSK sıralarından xaric edilmişdi. 

Gülnaz Qənbərli

Gununsesi.info