“Jara” festivalı uzun illər yaşayacaq” - STAS MİXAYLOV

  • By admin
  • 30 İyul 2017 15:30

568008

“Jara” festivalı hələ uzun illər yaşayacaq. “Yurmala”, “Yeni dalğa” və digər festivallar kimi bu əsrarəngiz incəsənət bayramının da böyük tarixi olacaq. Ümidvaram ki, mənim çıxışım tamaşaçılara xoş anlar bəxş etdi.

Bu sözləri “Jara” festivalının iştirakçısı, Rusiyanın tanınmış müğənnisi və bəstəkarı Stas Mixaylov deyib.

“İndidən müğənnilər, şoumenlər, tanınmış ulduzlar bu festivalda iştirak etməyi səbirsizliklə gözləyirlər. Mənim müğənni dostlarım festival üçün məxsusi hazırlaşırlar. Repertuarlarından yeni mahnıları təqdim etməyə çalışırlar. Çox gözəl vəhdət var. Dəniz sahili, isti, bayram əhval-ruhiyyəsi. Festivalın təşkilatçıları hər bir detalı yüksək səviyyədə düşünüblər. Təbii ki, bu işdə çox insanın zəhməti var. Ona görə də nəticə göz qabağındadır. Hər kəsi təbrik edirəm” – deyə o əlavə edib.

Gununsesi.info