
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, “İlk xəbər” saytının baş redaktoru Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və “Kriminal” qəzetinin baş redaktoru Maarif Abbasovun məhkəməsi keçirilib.
Gununsesi.info-nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə təqsirləndirilən S.Məmmədsalayeva vəsatət verərək zərərçəkən, Qaradağ rayonunda “JEK” müdiri olan Müzəffər Quliyevlə arasındakı telefon danışıqlarının çıxarılmasını istəyib.
Hakim bildirib ki, o ifadə verdikdən sonra bu məsələni qaldıra bilər. Zərərçəkmiş şəxslər gəlmədiyi üçün proses aprelin 3-də davam etdiriləcək.
Gununsesi.info