Jelko Sopiç: “Adı olub, heç nə etməyən oyunçunu neynirəm?”

  • By admin
  • 15 Fevral 2020 22:56

“70-75 dəqiqə gözəl oynadıq. 90 dəqiqə yüksək səviyyədə oynaya bilmərik. Biz “Barselona” deyilik. Bura gələndən 70-75 dəqiqə oynadığımız oyun ən yaxşısı idi. Rəqibin formada olduğunu bilirdik. Yarımmüdafiəçiləri güclü idi. Onların ötürmə ilə oynamalarına icazə vermək istəmirdik”.

Gununsesi.org-un məlumatına görə, bunları “Sabah” komandasının baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis hər iki qolda Amadu Diallonun iştirakına diqqət çəkib: “Hiss etdik ki, sol cinahdan yaxşı hücum edə bilərik. Diallo oyunda fərqlilik yaratdı. Digər 2 əvəzetmə haqqında bunu deyə bilməzdim. Heyətdə 3 limit var idi. Kim özünü göstərsə, onlar da oynayacaq. Lazım gəlsə, 5 gənc də oynadarıq”.

Bəhlul Mustafazadə və Təmkin Xəlilzadənin sarı vərəqə limitini aşmaları səbəbindən oynamadıqlarını deyən Sopiç komandasındakı bütün futbolçuları eyni gözlə gördüyünü bildirib: “Adı olub, heç nə etməyən oyunçunu neynirəm?”.

 

 

Gununsesi.org