Jerar Depardye pravoslavlığı qəbul etdi

  • By admin
  • 05 Sentyabr 2020 20:24

Fransız aktyor, Rusiya vətəndaşı Jerar Depardye pravoslavlığı qəbul edib.

Gununsesi.info “TASS”a istinadən bildirir ki, mərasim Parisin tarixi mərkəzində yerləşən Müqəddəs Aleksandr Nevski kilsəsində baş tutub.

Kilsə nümayəndəsinin sözlərinə görə, mərasimdə artistin yaxın dostları iştirak edib. O qeyd edib ki, Depardyenin vəftiz zamanı aldığı adı açıqlaya bilməz.

Qeyd edək ki, karyerası boyu 71 yaşlı Depardye 200 filmdə çəkilib, teatrda oynayıb. O, “Qızıl qlobus” da daxil olmaqla, müxtəlif mükafatlara layiq görülüb.

Gununsesi.info