
“Mançester Siti” İngiltərə Premyer Liqasında 34-cü turun oyununa çıxıb.
Pep Qvardiolanın baş məşqçisi olduğu komanda “Uotford”u qəbul edib və rəqibinə rəhm etməyib – 5:1.
“Şəhərlilər”in braziliyalı hücumçusu “poker”ə imza ataraq darmadağının əsas fiquru olub.
“Mançester Siti” – “Uotford” – 5:1
Qollar: Jezus, 4, 23, 49-pen., 53, Rodri, 34 – Kamara, 28
Bu nəticədən sonra xalını 80-ə yüksəldən “Mançester Siti” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
Mançester təmsilçisindən 1 oyun az keçirən “Liverpul” 76 xalla 2-ci, “Çelsi” 62 xalla 3-cüdür.
“Uotford” isə 22 xalla 19-cu pillədə qərarlaşıb.
Gununsesi.info