
Siyasi şoumenliyi ilə dünyada ad qazanan rusiyalı siyasətçi, LDPR lideri Vladimir Jirinovski bu dəfə “Rossiya1” kanalında canlı efirdə deputat həmkarını aşağılayaraq onu küçə söyüşləri ilə təhqir edib.
Gununsesi.info xəbər verir ki, çərbşənbə günü “Rossiya1” kanalında “Veçer” proqramında Rusiya Avropa münasibətləri ətrafında müzakirələr aparılarkən Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və soydaşlarla işlər üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulunun 90-cı illərin əvvəlində LDPR-in seçki şüarı haqqında səsləndirdiyi fikir Jirinovskini coşdurdu.
Belə ki, müzakirələr zamanı Zatulin LDPR-in 1993-cü ildə “hər rusiyalı qadına bir kişi, rusiyalı kişiyə isə bir araq” şüarı Jirinovskini hədəqəsindən çıxardı. Və başladı, nə başladı. Jirinovski Zatulini təhqir edərək onu ən adi küçə söyüşləri ilə təhqir etdi.
İndi sizə onun videosunu təqdim edirik:
Gununsesi.info