Jirinovski məhkəməyə verildi

  • By admin
  • 12 Avqust 2021 10:35

Rusiya Liberal Demokrat Partiyasının sədri, deputat Vladimir Jirinovski məhkəməyə verilib.

Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, deputat İrina Çirkova Jirinovskinin onu oğurluqda ittiham etməsinə görə məhkəməyə müraciət edib.

“Məhkəməyə müraciət etməyimin konkret səbəbi “Exo Moskvı” radiosunun efirində Jirinovskinin məni cinayətdə ittiham etməsi olub. Təbii ki, onun dedikləri həqiqətə uyğun deyil və ləyaqətimi alçaldan addımdır”, – deyə xanım deputat söyləyib.

Deputat şikayətini geri götürmək üçün Jirinovskinin hamının önündə ondan üzr istəməli olacağını əlavə edib.