Jirinovski Saakaşvilini ələ saldı: "Menyunu bilirəm"

  • By admin
  • 02 Oktyabr 2021 09:32

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin saxlanılmasından sonra teleqramkanalında istehzalı sözlər yazıb.

Gununsesi.info xəbər verir ki, qalmaqallı çıxışları ilə tanınan partiya sədri Saakaşvilinin “Moskvada dinc yaşaya biləcəyini” və partiyanın onu azad etmək üçün tədbirlər görəcəyini yazıb:

“Mişiko, nə üçün Tbilisiyə getdin? Moskvaya niyə gəlmədin? Biz LDP sənin azadlığa çıxmağın üçün bütün tədbirləri görəcəyik. Ancaq, hələlik, Mişa, gözlə. Mən Gürcüstan hökumətinin sənin gəlişinə hansı menyunu hazırladığını bilirəm: birincisi çürük quyruq balığından şorba, ikincisi kartof püresi, üçüncüsü Birinci dünya müharibəsinin tozundan jele”.

Gununsesi.info