Jirinovskidən Qarabağ və Ərdoğanla bağlı SENSASİON SÖZLƏR – VİDEO

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski indi də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alıb.

Gununsesi.info xəbər verir ki, avqustun 8-də “Rossiya-1” telekanalında yayımlanan “Solovyovla bazar axşamı” proqramın canlı efirində o, dünyadakı vəziyyəti təhlil edərkən, Rusiyaya qarşı ciddi əks-təbliğat aparıldığını deyərək, İngiltərəyə və Türkiyəyə yönəlik ittihamlarla çıxış edib.

HTML tutorial

LDPR lideri deyib ki, dünyada baş verən əsas hadisələrin arxasında İngiltərə və ingilis kəşfiyyatı dayanır. Onun sözlərinə görə, Qarabağdakı müharibəni də Türkiyə İngiltərənin dəstəyi ilə edib. LDPR lideri sərsəmləməsini davam etdirərək, Türkiyəni “İngiltərənin morionetkası” adlandırıb. O deyib ki, Türkiyə M6-nın (İngilis kəşfiyyatı) Rusiyaya qarşı oyununda yer alır, böyük “Turan ordusu” ideyasını da İngiltərə kəşfiyyatı hazırlayıb ortaya atıb və “özünü sultan hesab edən” Ərdoğan bu siyasəti aparır. Jironovski bildirib ki, Ərdoğan hələ də gerçəkliyi qəbul edə bilmir və özünü Osmanlı imperiyasının sultanı kimi görür.

LDPR lideri iddia edib ki, Azərbaycandan sonra Türkiyə ordusu Qırğızıstan, Qazaxıstan və Özbəkistanda hərbi cəhətdən möhkəmlənməyi hədəfləyib və ortaq hərbi güc yaratmaq niyyətindədirlər, hətta bu ölkələrin zabitləri Türkiyədə təlimlər keçirlər. Jirinovskiyə görə, Türkiyənin özünün ciddi “erməni, kürd, yunan və bolqar” problemləri var və parçalana bilər, Turan dövləti və ordusu ideyası isə alınmayacaq.

Solovyov isə deyib ki, Aleksey Navalnın yaxın silahdaşı Lyubov Sobol bu gün Türkiyəyə qaçıb. Müzakirələrdə digər ekspertlər Lubov Sobolun guya Türkiyəyə sığınması ilə bağlı iddiaların inandırıcı olmadığını və müxalifətçi xanımın ya Litvaya, ya da Gürcüstana gedə biləcəyini deyiblər.

Solovyov avqustun 8-nin Gürcüstanla müharibənin 13-cü ilddönümü olduğunu yada salaraq, “Rusiya nahaq dayandı, sonadək getmək, gürcü xalqını Saakaşvili zülmündən qurtarmalı idi” desə də, əslində Gürcüstanın bütün ərazilərinin işğalının zəruri olduğuna işarə edib.

Yada salaq ki, bir neçə gün əvvəl LDPR lideri “Komsomolskaya Pravda” radiosunun müxbiri söhbət zamanı Azərbaycan və Ermənistan arasındakı mövcud vəziyyətlə bağlı Rusiya hərbçilərinin iki ölkənin sərhəddinə göndərilməsi ilə bağlı suallara cavab verib. Jirinovski Cənubi Qafqazının Rusiyanın təsir dairəsi olduğunu deyib və bildirib ki, həm də Rusiya Qafqaza müharibə ilə getmir, ermənilər xahiş edirlər.

LDPR lideri ABŞ Prezidentinin Azərbaycanda iki həftəyə hakimiyyəti dəyişə biləcəyi kimi axmaq fikirlər işlədib.

Avqustun 1-də isə Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunub. Jirinovskinin Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli, təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq, etiraz çatdırılıb.

Gununsesi.info