Jirinovskidən sonra partiyasına kim rəhbərlik edəcək? - Ölməzdən əvvəl...

  • By admin
  • 11 Aprel 2022 09:58

75 yaşında vəfat edən Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovskinin yerini kimin tutacağı aktiv müzakirə mövzusuna çevrilib. Məlumdur ki, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski hələ ki, Jirinovskinin LDPR fraksiyasının rəhbəri vəzifəsini icra edəcək. Bildirilib ki, partiyada bütün təşkilati və kadr qərarları müvəqqəti dondurulub.  

Gununsesi.info musavat.com-a istinadən xəbər verir ki, dekabrın sonunda Jirinovski Liberal Demokrat Partiyasının rəhbəri kürsüsünə varis ola biləcək şəxslərin adlarını açıqlayıb. Jirinovski deyibmiş ki, partiyaya rəhbər postuna Xabarovsk diyarının qubernatoru Mixail Deqtyarevin, Smolensk vilayətinin rəhbəri Aleksey Ostrovskinin və  Dumada federasiya işləri üzrə komitənin sədri Aleksey Didenkonun arasında edə bilər.

Bildirilir ki, adı çəkilənlər arasında Deqtyarev ən təcrübəli və şanslı görünür. O, Xabarovskdan əvvəl Dövlət Dumasında işləyib.  Bundan əlavə, 2013 və 2018-ci illərdə Moskva meri seçkilərində iştirak edib. Hələ 2016-cı ildə Jirinovski prezidentlik yarışının mümkün iştirakçılarından biri kimi Deqtyarevin adını çəkmişdi.

Daha az təcrübəli, lakin artıq formalaşmış siyasətçilər Aleksey Ostrovski və Aleksey Didenkodur. Aleksey Ostrovski qubernatordur və bundan əvvəl  Dövlət Dumasında üç çağırış deputat olub. 2017-ci ildə Jirinovski prezident seçkilərində qələbə qazanarsa, Ostrovskini mümkün baş nazir kimi göstərmişdi.

Aleksey Didenko mümkün namizədlərin fonunda ən təvazökar görünür. O, Dövlət Dumasının Federal struktur və yerli özünüidarəetmə məsələləri komitəsinin sədridir. Onun 38 yaşı var, lakin beş il əvvəl Vladimir Jirinovskinin seçki qərargahına rəhbərlik edib.  

“Bu vəzifəyə qeyri-media adamını qoysanız, LDPR-in reytinqi aşağı düşəcək. Əgər partiya həm Dumaya, həm də regional səviyyədə yenidən uğur qazanmaq istəyirsə, o zaman debatlarda parlaq, təcrübəli natiqə arxalanmalıdır” deyə, Siyasi İnformasiya Mərkəzinin baş direktoru Aleksey Muxin Life.ru-ya bildirib.

Dövlət Dumasından mümkün namizədlər arasında   Yaroslav Nilovun adı hallanır. Bir aydan sonra 40 yaşı tamam olacaq deputat parlamentin Əmək, sosial siyasət və veteranlarla iş komitəsinin sədridir.

Telegram kanalları artıq Yaroslav Nilovun LDPR-nin sədri vəzifəsinə namizədliyinin Rusiya Prezident Administrasiyası ilə razılaşdırıldığı barədə məlumat yaymağa başlayıb. Məlumatlara görə, Jirinovskidən boşalan yerə  Dövlət Dumasının vitse-spikeri Boris Çernışov da iddia edir.

Digər partiya funksioneri – Dövlət Dumasının Bədən tərbiyəsi, idman, Turizm və gənclərlə İş üzrə Komitəsinin üzvü Boris Paykin Liberal Demokrat Partiyasının əsas sponsorlarından biridir. Lakin onun  partiyada əsas rolu üzərinə götürmək fikri yoxdur.  Onun imkanları yalnız partiyanın təşkilati işləri ilə bağlıdır, səs-küylü bəyanatları, sərt jestləri sevmir.  

Mümkün varislərdən biri isə Jirinovskinin oğlu İqor Lebedev ola bilər. O, Rusiya parlamentində böyük təcrübə toplayıb. Amma  problem ondadır ki, Jirinovskinin oğlu siyasətdən getdiyini açıqlayıb. Ötən ilin iyununda o, Duma seçkilərində iştirak etməyəcəyini və bütün qərarların partiya ilə razılaşdırıldığını açıqlamışdı.

Ekspertlərə görə,  bu Lebedevin Liberal Demokrat Partiyasının taxt-tacına sahib olmaq yolunu bağlayıb. Ancaq mümkündür ki, atasının vəfatından sonra  yenidən LDP-də fəal siyasətə qayıda bilər. Onun partiyanı maliyyə nəzarətində saxlamaqda davam etdiyi məlumdur.

Gununsesi.info