Jirinovskinin vəziyyəti necədir?

  • By admin
  • 14 Fevral 2022 16:48

Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovskinin vəziyyəti stabil ağır olaraq qiymətləndirilir.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “112” teleqram kanalı yayıb.

Kanalın məlumatına görə, rusiyalı siyasətçinin beynində iltihabi proseslərə görə onun səhhəti böyük təhlükə altındadır.

Xatırladaq ki, bir müddət əvvəl Jirinovskinin Moskvada Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılıb. 75 yaşlı siyasətçidə koronavirusun “Omicron” ştamı aşkar olunub. Onda ikitərəfli pnevmaniya qeydə alınıb. Bununla yanaşı, siyasətçinin ağciyərlərinin 50-75%-i zədələnib.

 

 

Gununsesi.info