Jirnoviski öldü

  • By admin
  • 25 Mart 2022 13:16

“LDPR lideri Vladimir Jirinovski 75 yaşında vəfat edib”.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Dövlət Dumasındakı mənbə RBC-yə bildirib.

Xəbərə görə,  Jirinovskinin ölümünü senator Aleksandr Pronyuşkin də açıqlayıb.

Jirinovskinin ölümü ilə bağlı ilk xəbəri Mash teleqran kanalı verib.

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə Jirinovskinin ölümünü inkar edir.

“Mən Vladimir Volfoviç Jirinovskinin səhhətindən narahat olan hər kəsi əmin etmək istəyirəm. O, sağdır. Onun vəziyyəti həqiqətən ağırdır. Bu gün o, KT müayinəsindən keçdi. Biz ondan narahatıq, həkimlər onun üçün mübarizə aparır. O, özü də böyük adamdır ”dedi Dövlət Dumasının spikeri.

Jirinovski fevralın əvvəlində koronavirus diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi.