Johnson & Johnson COVID-19 peyvəndi üçün ABŞ-dan təsdiq istəyir

  • By admin
  • 05 Fevral 2021 23:14

Əczaçı nəhəngi Johnson & Johnson cümə axşamı ABŞ-ın Ərzaq və Dərman (FDA) İdarəsindən tək dozalı COVID-19 peyvəndinin təsdiqi üçün müraciət göndərdiyini bildirib.

FDA peyvəndin təcili istifadə icazəsini müzakirə etmək üçün Peyvəndlər və Əlaqədar Bioloji Məhsullar Məsləhəti Komitəsinin iclasını fevralın 26-a təyin etdiyini xəbər verib.

Yanvar ayında Johnson & Johnson peyvəndinin qlobal səviyyədə keçirilən sınaqda koronavirusu 66 faiz önlədiyini bildirən hesabat yayımlamışdı.

Bununla birlikdə rəsmilər bildiriri ki, sınaqlarda peyvəndin yüksək yuluxdurucu qabiliyyəti olan Cənubi Afrika versiyasına qarşı davamlı olmadığı üzə çıxıb.

FDA komitəsinin əvvəlki iclaslarında Pfizer-BioNTech və Moderna peyvəndləri icazəni bir gün ərzində alıb. Tədqiqatlar göstərir ki, iki dozada təqdim olunan bu peyvəndlər virusa qarşı 95 faiz effektivdir.

Bir neçə həftə ərzində Avropaya da icazə üçün də müraciət edəcəyini söyləyən Johnson & Johnson digər iki peyvəndlə müqayisədə göndərmə zamanı dondurulmaya ehtiyac olmayan vaksinin tək dozalı olduğunu bildirir.

Şirkətin baş elmi direktoru Paul Stoffels yanvar ayında bildirib ki, dərman istehsalçısı mart ayına qədər peyvəndi göndərməyə hazır olacaq.

Hazırda son rəqəmlərə əsasən qlobal olaraq COVID-19-a 105 milyona yaxın insan yoluxub. Öləblərin sayı isə 2,3 milyona çatıb.

Birləşmiş Ştatlar 26,6 milyondan çox təsdiqlənmiş yolxuma və 455 657 ölüm halı ilə dünyada ilk sırada gəlir.

Bununla bilrlikdə Cons Hopkins Koronavirus Resurs Mərkəzinin rəqəmlərinə əsasən ölüm sayında azalma müşahidə olunur. Yanvarın 12-də qeydə alınmış rekord- 4466 sayı çərşənbə günü 3912-ə qədər enib.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin yeni rəhbəri Dr. Roşel Valenski COVID-19 ölümlərinin gələn həftəyə qədər daha da azala biləcəyini bildirib.

Lakin bununla bilrikdə o, bazar günü baş tutacaq Super Bowl oyununda insanların koronavirus məhdudlayıcı tətbirlərini rahatlıqla poza biləcəyindən narahatdır.

Gununsesi.info