“Jude” siklonu Mozambik və Malavini vurub, 9 nəfər ölüb

  • By Admin2
  • 14 Mart 2025 16:46

Mozambik və Malavidə “Jude” tropik siklonu nəticəsində 9 nəfər ölüb. Mozambikin Milli Fəlakətlərin İdarə Olunması İnstitutu Jude siklonunda 6 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirib.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, bildirilib ki, Nampula, Niasa və Zambeziya bölgələrində 9525 nəfər qasırğa nəticəsində evlərini tərk edib.

Malavidə səlahiyyətlilər siklonda 3 nəfərin öldüyünü, siklonun gətirdiyi şiddətli yağışlar səbəbindən 20 min insanın evsiz qaldığını açıqlayıb.

Malavi Fəlakətlərin İdarə Edilməsi Departamenti evsiz qalanların təxliyyə mərkəzlərinə aparıldığını qeyd edib.

Orxan

Gununsesi.info