Jurnalistə “Baku Steel Company”də vəzifə verildi

  • By admin
  • 19 May 2021 11:24

Jurnalist İlkin İzzət yeni vəzifəyə təyinat alıb.

Gununsesi.info-nun məlumatına görə, İ.İzzət “Baku Steel Company”nin İctimai Kommunikasiyalar şöbəsinin rəisi təyin olunub.

Qeyd edək ki, İlkin İzzətin sonuncu iş yeri “OBA” Marketlər Şəbəkəsində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsi olub.

O, 1998-ci ildən bəri televiziya, radio, qəzet, jurnal, informasiya agentliyi və portalları da daxil olmaqla müxtəlif kütləvi informasiya vasitələrində fərqli vəzifələrdə, həmçinin böyük şirkətlərdə ictimai kommunikasiyalar departamentinin rəhbəri və Milli Məclisdə məsləhətçi, İctimai Televiziya və Radio Yayımları Şirkətində şərhçi və redaktor vəzifələrində çalışıb.

Gununsesi.info