Jurnalist ədalətsizlikdən gileyləndi

  • By admin
  • 06 Noyabr 2019 10:11

“Kanal13” internet televiziyasının əməkdaşı Əziz Qaraşoğlu üzərindəki məhkumluğunu götürülməsi və şərti cəzadan azad edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdi. Ancaq məhkəmə hakimi onun bu şikayətini təmin etməyib. Jurnalist özünün Facebook şəbəkəsindəki səhifəsində buna öz etirazını bildirib. Gununsesi.org həmin yazını təqdim edir:

“2 May 2017-ci ildə Şəlalə Həsənovanı yaxından tanıdım. Bu varlıq “hakim” adını daşısa da, əsla hakim vicdanına sahib deyil. Polisə müqavimət ittihamı ilə ilk dəfə mənə siyasi sifarişli hökm oxuyan məhz bu Şəlalə Həsənova olub, illər əvvəl. Mən həmin gün də demişdim – Şələlə Həsənovaya ki, ədaləti bilmək istəyirsənsə, hadisə yerində olan kamera görüntülərinə baxın. Çünki avtomobillə onu vurduğumu iddia edərək üzümə duran polis əməkdaşı, “harasına vurmuşam?” sualıma məhz həmin hakim Şəlalə Həsənovanın qarşısında “paqonlarımı cırıb, çıxım bura?”, deyərək cavab vermişdi. Nəticədə İsə mənə 30 sutka həbs cəzası vermişdi bu “hakim”. İndi də həftələrlə davam edən prosesin yekunu olaraq məhkəmədə iştirak edən Malışov soyadlı prokuror barəmdə “Hələ islah olunaraq tərbiyələnməyib”,  ifadəsini işlədir. Və bu hakim adını daşıyan Şəlalə Həsənovanın sədrliyi ilə 2 May 2017-ci ildə də olan biabırçılıq 5 noyabr 2019-da da davam etdirildi. Siyasi qərarların icraçısı olan bu hakim çox insanlarin taleyi ilə oynayıbmış, sən demə. İnsanların həyatlarını zəhərləməkdə davam edən, Azərbaycan Xalqı adından hökm edən bu Şəlalə hələ yəqin ki, bu irtica rejmin siyasi sifarişli həbslərini davam etdirməklə öyünür. Amma inanıram ki, belə işlərlə məşğul olan və Azərbaycanı dünyada rəzil edən məmurlar buna görə cavab verməli olacaqlar! Çünki onların sayəsində beynəlxalq hesabatlarda Azərbaycanın adı qeyri-demokratik ölkə olaraq yer alır. Ölkədə standart televiziyaların hər birindən daha çox baxılan, insanların ümid işığı kimi izlədiyi, medianın azad səsi olan “Kanal13″ artıq 12-ci ildir ki, xalqın kanalı olaraq fəaliyyət göstərir. Bu xalqın səsini illərlə batırmağa çalışan Şəlalə Həsənovalar, Əmir Bayramovlar, Mirzə Xankişiyev bunu bacarmayacaqlar… Sizlər də tanıyın və paylaşın, hər kəs tanısın!”