Jurnalist barəsində həbs-qətimkan tədbiri 3 ay uzadıldı

Bugün Nərimanov Rayon Məhkəməsində jurnalist (dunyasisesi.az saytının rəhbəri) Ərşad İbrahimov barəsində seçilən həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadıldı.

 

Gununsesi.info bildirir ki, bu barədə vəkil Elçin Sadıqov deyib:

 

“Halbuki, Ərşad İbrahimovun hər hansı bir cinayət etməsi barədə heç bir sübut mövcud deyildi.

 

Ərşad İbrahimov tutularkən ona işgəncə verilməsindən danışdı və məhkəmə baş prokurora bu barədə məlumat göndərdi.

 

Həmçinin məhkəmə Ərşad İbrahimovun barəsində həbsin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətimi də təmin etmədi. Qərardan apelyasiya şikayəti verəcəm”.

 

 

Gununsesi.info