
Jurnalist-dizayner Fuad Həsənov dünyasını dəyişib.
Gununsesi.info-nun məlumatına görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb. O, bu gün Bakıda dünyasını dəyişib.
1975-ci il təvəllüdlü F. Həsənov uzun müddət şəkər xəstəliyindən əziyyət çəkib. Bir müddət əvvəl insult keçirərək komaya düşüb.
Bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Gununsesi.info