Jurnalist Hafiz Babalının saxlanıldığı barədə xəbər yayılıb.
Gununsesi.info xəbər verir ki, dostlarının sosial şəbəkələrdə yaydığı məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları əvvəlcə Hafiz Babalının evində axtarış aparıblar. Daha sonra onun özünü idarəyə gətiriblər.
Qeyd edək ki, əsasən iqtisadi mövzularda araşdırma aparan Hafiz Babalı həm də “Turan” Agentliyinin əməkdaşıdır.
Gununsesi.info