Bu gün “Talışo Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov 25-ci polis bölməsin dəvət olunub.
Gununsesi.info xəbər verir ki, bu barədə H.Məmmədovun facebook hesabında məlumat verilib. Qeyd olunub ki, 2 saatdan artıqdır, baş redaktordan xəbər yoxdur. Ona və yaxınlarına nəyə görə polis bölməsinə çağırıldığı barədə heç bir məlumat verilməyib.
2013-cü il sentyabrın 27-də Hilal Məmmədov narkotik maddə alveri, dövlətə xəyanət və milli ədavətin qızışdırılmasında ittiham olunub.
“Amnesty International” beynəlxalq insan haqları təşkilatı baş redaktoru “vicdan məhbusu” elan edib. 17 mart 2016-cı ildə prezidentin imzaladığı əfv sərəncamı ilə Hilal Məmmədov azadlığa çıxıb.
Gülnaz Qənbərli
Gununsesi.info