Jurnalist Nəzirməmməd Quliyev koronavirusa YOLUXUB

  • By admin
  • 17 İyul 2020 11:59

Azərbaycanda daha bir jurnalist COVID-19 infeksiyasına yoluxub. 

Gununsesi.org-un məlumatına görə, həmkarımız Nəzirməmməd Quliyev M.Ə.Əfəndiyev adına 2 nömrəli şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Jurnalist bildirib ki, əvvəlcə özündə qızdıma hiss edib və evdə yüngül müalicə olunmağa başlayıb. Lakin sonra nəfəs darlığı yarananda testdən keçib, koronavirusa yoluxduğu məlum olub. 

O, hazırda xəstəxanada müalicə olunduğunu, boğulmadan əziyyət çəkdiyini qeyd edib.

Həmkarımıza şəfa arzulayırıq.

Gununsesi.org