Jurnalist Nicat Dağlar avtomobil qəzasına düşüb - FOTO

  • By admin
  • 07 Noyabr 2017 15:16

Jurnalist Nicat Dağlar Ağdaş rayonunda avtomobil qəzasına düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə “report”a açıqlamasında jurnalistin özü məlumat verib.

Belə ki, jurnalistin olduğu “Mercedes” markalı avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub: “KamAZ”ın sürücüsü dönmə əməliyyatını düzgün etməməsi nəticəsində mənim olduğum avtomobillə toqquşdu”.

Qəza nəticəsində avtomobildə olan hər üç şəxs, o cümlədən N.Dağlar yüngül xəsarət alıb: “Xəsarətim ciddi deyil. Xəstəxanaya gətirildim, sonra ambulatora buraxıldım. İndi ayaq üstəyəm, hər şey qaydasındadır. Ayaqlarımda ağrılar qalıb”.

Gununsesi.info