Jurnalist olmaq istəyənlər sabaha hazır olsun

  • By admin
  • 31 İyul 2019 10:35

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 1-də 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

Gununsesi.org xəbər verir ki, bu imtahanda 2019‑cu ilin iyulun 22-dən 25-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay,Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq.

 İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.

Əlavə məlumatı DİM-in saytından əldə edə bilərsiz.

Gununsesi.org