Jurnalist Səbuhi Məmmədli vəfat etdi

  • By ilhame
  • 17 Yanvar 2024 01:59

Tanınmış jurnalist Səbuhi Məmmədli vəfat edib.

Gununsesi.info-nun məlumatına görə, jurnalist gecə saatlarında müalicə aldığı klinikada dünyasını dəyişib.

Qeyd edək ki, uzun müddətdir xəstə olan S.Məmmədlinin vəziyyəti bir neçə gün öncə yenidən pisləşib. “Yeni Klinika”ya köçürülən jurnalist “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” çərçivəsində hemodializ müalicəsi alıb. Ona kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulmuşdu.

 

Qeyd edək ki, o, daha əvvəl hər iki ayağının amputasiyası əməliyyatını keçirib.

 

Allah rəhmət eləsin!

 

Gununsesi.info