Jurnalist Şəmsad Ağa saxlanılıb

  • By admin
  • 05 Fevral 2025 09:17

“Arqument.az” saytının rəhbəri Şəmşad Ağa “Meydan TV işi” üzrə şübhəli şəxs qismində saxlanılıb.

Gununsesi.info -nun xəbərinə görə, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları dünən gecə saatlarında jurnalisti mənzilindən aparıblar.

Ailə üzvlərinin sözlərinə görə, Şəmsəddin Ağaya məxsus kompüter, telefonlar götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov faktı təsdiqləyib.

Gununsesi.info