Jurnalist yoxa çıxıb

  • By admin
  • 29 İyul 2021 13:56

Dunyaninsesi.az xəbər saytının redaktoru Ərşad İbrahimli dünən axşam saatlarından yoxa çıxıb. Ailə üzvlərinin araşdırmasından sorna məlum olub ki, jurnalist dünən bir neçə nəfər mülki geyimli şəxslər tərəfindən yaşadığı ərazidən  aparılıb.

Bu barədə Turan agentliyinə jurnalistin qardaşı Taryel İbrahimov bildirib.

O,deyib:” Bir neçə gündür ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsi Gəncədə yaşayan qardaşım Ərşad İbrahimovu bu idarəyə çağırırdı.Bu çağrış şifahi olduğu üçün o getməkdən imtina etmişdi və yazılı bildiriş tələb etmişdi.
Dünən isə axşam 18 radələrində Gəncədə yaşadığı ərazidə bir neçə mülki geyimli şəxslər avtomobilə əyləşdirərək, naməlum istiqamətə aparıb.
Artıq dünəndən etibarən qardaşımdan xəbər Taryel İbrahimov deyib ki, qardaşı vətəndaş müraciətləri əsasında polis haqqında tənqidi materiallar verib.
Onun bildirdiyinə göə, DİN-nin 102 xidməti də onların müraciətlərini cavabsız qoyub.

Olayı diqqətdə saxlayacağıq.