Jurnalist Zöhrab Əliyev azadlığa buraxıldı

  • By admin
  • 28 May 2022 12:16

Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində əf sərəncamının icrası davam edib. 

Gununsesi.info xəbər verir ki, bu cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə 27 nəfər məhkuma şamil olunub.

Həmin şəxslərdən 22-si azadlığa buraxılıb, 5 nəfərin  cəzası yarıya endirilib.

Azadlığa buraxılanlar arasında Gəncə məhbusları və jurnalist də var. Jurnalist Zöhrab Əliyev də azadlığa buraxılıb.

Gununsesi.info