Jurnalisti həyat yoldaşının gözü qarşısında öldürdülər - POLİS ONUN PEŞƏ FƏALİYYƏTİ İLƏ BAĞLI QƏTLƏ YETİRİLDİYİNİ BİLDİRİR

  • By admin
  • 15 Aprel 2017 07:50

jurnalist qetl

Meksikanın Aşağı-Cənubi Kaliforniya ştatının La-Pas şəhərində naməlum şəxslər jurnalisti güllələyiblər.

Gununsesi.info-nun ntv.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə “Radio Formula” məlumat yayıb.

Verilən ilkin informasiyada deyilir ki, hadisə zamanı Palasios xanımı ilə öz avtomobilində olub. Naməlum silahlı şəxslər maşınla onlara yaxınlaşaraq avtomatik silahdan atəş açıblar. Jurnalisin ən azı 15 güllə yarası aldığı və hadisə yerində keçindiyi açıqlanıb. Xanımı isə hadisə zamanı xəsarət almayıb.

Polis faktla bağlı araşdırma aparır. Hüquq-mühafizə orqanları jurnalistin qətlinin peşə fəaliyyəti ilə bağlı olduğu versiyası üzərində dayanırlar.

Gununsesi.info