“Jurnalistika cinayət deyil” - ABŞ PREZİDENTİ

  • By admin
  • 31 Mart 2024 11:38

ABŞ prezidenti Co Bayden Wall Street Journal (WSJ) müxbiri Evan Gerşkoviçin Rusiyada saxlanmasının 1-ci ildönümü ilə bağlı yazılı açıqlama verib.

Gununsesi.info-nun xəbərinə görə, Bayden “Jurnalistika cinayət deyil və Evan Rusiyanın Ukraynaya qarşı qəddar təcavüzündə özünü riskə ataraq müxbir kimi öz işini görmək üçün Rusiyaya getdi” deyə bəyan edib.

Gerşkoviçin tamamilə haqsız və qanunsuz olaraq həbs edildiyini bildirən Bayden onun azadlığa çıxması üçün çalışdılqlarını deyib:  “Evanın ailəsinə dediyim kimi, heç vaxt ümidimi itirməyəcəyəm. Biz onun azadlığa buraxılması üçün hər gün işləməyə davam edəcəyik”.

Rusiyanın amerikalılardan “bazarlıq vasitəsi” kimi istifadə etmək istədiyini vurğulayan Bayden “Biz bunun əvəzini onlara ödəyəcəyik” deyə bildirib:  “Biz azad cəmiyyətin sütunları olan mətbuata hücum etmək istəyən və ya jurnalistləri hədəf alanlara qarşı möhkəm dayanmağa davam edəcəyik”.

Xatırladaq ki, ABŞ vətəndaşı, “The Wall Street Journal”ın Moskva müxbiri, 32 yaşlı Evan Gerşkoviç xəbərlər hazırlayarkən Rusiya ordusunun sənaye kompleksi ilə bağlı məlumat topladığı səbəbilə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən casusluq ittihamı ilə saxlanılıb.

 

Elmar

Gununsesi.info