“Jurnalistika fakültəsini bitirməyib, jurnalist olanlar üçün 3 və 6 aylıq kurslar təşkil edilməlidir” - VÜSALƏ MAHİRQIZI

  • By admin
  • 18 İyul 2017 22:04

vusala

“Mən jurnalistika fakültəsini bitirməmişəm. Yaxşı jurnalist olmaq üçün bu fakültəni bitirməyin vacibliyi ilə bağlı fikirlərə də qatılmıram. Jurnalistika istedad və bacarıq məsələsidi”.

Gununsesi.info-nun xəbərinə görə, bunu  “APA-Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızı deyib.

O, qeyd edib ki,  xəbərin iyini hiss etməyən, xəbər duyumu, çevikliyi olmayan adam 100 fakültə qurtarsa da, uğurlu jurnalist ola bilməz.

Onun sözlərinə görə, amma bu heç bir halda jurnalistika fakültəsinin lazımsız olması anlamına gəlmir. Bu fakültə lazımdı, labüddü.

“Hələ imkanları, tədris sahəsi, mövzuları genişlənməlidir, daxilində laboratoriyalar yaradılmalıdır, yeni çağrışlara cavab verməlidir. Hələ redaksiyalarda jurnalistika fakültəsini bitirməyib, jurnalist olanlar üçün 3 və 6 aylıq kurslar da təşkil eləməlidir”-deyə, V. Mahirqızı sözlərinə əlavə edib.

Gununsesi.info