“Proekt” nəşrinin baş redaktoru Roman Badaninə qarşı iş məhkəməyə göndərilib.
Gununsesi.info bu barədə Moskva prokurorluğu rəsmi Telegram kanalında məlumat verib.
“Badanin xarici agentin fəaliyyət göstərməsi prosedurlarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib (Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsinin 2-ci hissəsi və 19.34-cü maddəsinin 5-ci hissəsi), lakin Rusiya qanunvericiliyini pozaraq, materialların xarici agent funksiyalarını yerinə yetirən şəxs tərəfindən yaradıldığını və ya yayıldığını göstərmədən sosial şəbəkədə yaymağa davam edib”, – deyə açıqlamada bildirilir.
Qeyd edək ki, bu ilin 17 fevralında Rusiya Daxili İşlər Nazirliyinin jurnalisti cinayət ittihamı ilə axtarışa verdiyi bildirildi.
Maqsud











