Jurnalistin ölümü ilə bağlı 4 nəfər həbs edildi

Özbəkistanda ötən ilin oktyabrında Daşkənddəki oteldə jurnalist İnessa Papernaya da daxil olmaqla iki Rusiya vətəndaşının və daha bir Özbəkistan vətəndaşının zəhərlənməsi ilə bağlı cinayət işi çərçivəsində dörd nəfər saxlanılıb.

Gununsesi.info xəbər verir ki, , bu barədə respublika Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

İş üzrə təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib, istintaq davam etdirilir.

Oktyabrın 22-də rusiyalı jurnalist Papernaya və onun yoldaşı Daşkənddə otel otağında naməlum maddədən zəhərlənərək ölüblər. Özbəkistan sakininin meyiti başqa otaqda tapılıb.

Onların ölümü ilə bağlı “Təhlükəsizlik tələblərinə cavab verməyən işlərin görülməsi və ya xidmət göstərilməsi” maddəsi ilə cinayət işi açılıb.

Açılan cinayət işi çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları otelin sahibini, istilik qazanxanasının iki satıcısını və onu quraşdıran santexnikı saxlayıblar. Oteldə fəaliyyət göstərən qazanxananın köhnəldiyi və qayda pozuntuları ilə quraşdırıldığı müəyyən edilib.

 

 

Günay

Gununsesi.info